logo

Sertifikatlaşdırılmış Testçi – Qəbul Testi (CT-AcT)

ISTQB® Qəbul Testi (CT-AcT) sertifikatı məhsul sahibləri/biznes analitikləri ilə testçilər arasında qəbul testində əməkdaşlıq konsepsiyaları, metodları və praktikalarına yönəlmişdir. Buraya istifadəçi qəbul testi (UAT), müqavilə və tənzimləyici qəbul testləri, eləcə də alfa və beta testləri daxildir.

Hədəf auditoriya

Qəbul Testi sertifikatı proqram təminatının qəbul testi fəaliyyəti ilə məşğul olan hər kəsə yönəlib. Buraya məhsul sahibləri, biznes analitikləri, testçilər, test analitikləri, test mühəndisləri, test konsultantları, test menecerləri, istifadəçi qəbul testçiləri və proqram təminatı tərtibatçıları daxildir. Bu sertifikatı əldə etmək üçün namizədlər Certified Tester Foundation Level sertifikatına sahib olmalıdırlar.

Məzmun

ISTQB® Sertifikatlı Testçi – Qəbul Testi (CT-AcT)
Giriş və Əsaslar
Əsas Əlaqələr
Biznes Analizi və Qəbul Testləri
Qəbul Kriteriyaları, Qəbul Testləri və Təcrübəyə əsaslanan Praktikalar
Qəbul Kriteriyalarının Yazılması
Qəbul Testlərinin Dizaynı
Qəbul Testləri üçün Təcrübəyə əsaslanan Yanaşmalar
Biznes Prosesləri və Biznes Qaydalarının Modelləşdirilməsi
Proseslər və Qaydalar
Biznes Proses/Qayda Modellərindən Qəbul Testlərinin Çıxarılması
Qəbul Testləri üçün Biznes Proses Modelləşdirilməsi
Qeyri-Funksional Tələblər üçün Qəbul Testi
Qeyri-Funksional Xüsusiyyətlər və İstifadə Keyfiyyəti
İstifadə rahatlığı və İstifadəçi Təcrübəsi
Performans Effektivliyi
Təhlükəsizlik
Əməkdaşlıqda Qəbul Testi
Əməkdaşlıq
Fəaliyyətlər
Alət Dəstəyi

    İmtahan Strukturu

  • Sualların sayı: 40
  • Ümumi xal: 40
  • Keçid balı: 26
  • İmtahan müddəti (dəq): 60

Biznes Nəticələri

    Qəbul Testləri proqram imtahanını keçmiş IT mütəxəssisləri aşağıdakı Biznes Məqsədlərinə nail ola bilərlər.

    Biznes analitiklər və məhsul sahibləri üçün:
  • Qəbul testlərinin dizayn mərhələsində iştirak edərək və məhsulun biznes tələblərlə uyğunluğunu dəstəkləyərək təşkilatın qəbul testləri fəaliyyətlərinə töhfə vermək;
  • Hazırlanan sənədlərin təsdiqi və yoxlanılması daxil olmaqla qəbul testləri prosesinin keyfiyyətinə töhfə vermək.
  • Testçilər üçün:
  • Tələblərin müəyyənləşdirilməsi mərhələsində qəbul meyarlarının təyin edilməsinə töhfə vermək;
  • Bütün qəbul testləri fəaliyyətləri zamanı biznes analitikləri və digər maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
  • Biznes məqsədlərini başa düşmək, biznes bölmələri ilə ünsiyyət qurmaq və qəbul testləri üçün ümumi məqsədləri paylaşmaq.

Ətraflı Məlumat

Təlimlər Akkreditə olunmuş Təlim Təchizatçıları tərəfindən (sinif otağı, virtual və e-öyrənmə) təqdim olunur. Akkreditə olunmuş təlimdə iştirak etməyi tövsiyə edirik, çünki bu, ISTQB® üzv heyətinin materialları silabusa uyğunluq və aktualıq baxımından qiymətləndirməsini təmin edir. İmtahana hazırlaşarkən silabus və tövsiyə olunan oxu materiallarından istifadə etməklə özbaşına öyrənmək də mümkündür. Bu sertifikata sahib olanlar digər Core, Agile və ya Specialist istiqamətlər üzrə sertifikatlara keçə bilərlər.