logo

Sertifikatlı Avtomobil Proqram Təminatı Testçisi (CT-AuT)

ISTQB® Sertifikatlı Avtomobil Proqram Təminatı Testçisi (CT-AuT) sertifikatı avtomobil mühitində “E/E sistemlərinin test edilməsi” üçün xüsusi tələblərə yönəlib və mövcud standartlara (Automotive SPICE®, ISO 26262, AUTOSAR® və s.) əsaslanır. Bundan əlavə, virtual mühitdə (XiL daxil olmaqla) testləri və avtomobilə xas statik və dinamik test texnikalarını əhatə edir.

Hədəf auditoriya

Avtomobil Proqram Təminatı Testçisi sertifikatı avtomobil sahəsində proqram testləri ilə məşğul olan hər kəs üçün nəzərdə tutulub: testçilər, test analitikləri, test mühəndisləri, test konsultantları, test menecerləri, buraxılış testçiləri və proqram təminatı inkişaf etdiriciləri. Həmçinin, layihə meneceri, keyfiyyət meneceri, proqram təminatı inkişaf meneceri, sistem analitiki (biznes analitikləri), İT menecer və idarəetmə konsultantları üçün də mövzu ilə bağlı əsas bilik və anlayış əldə etmək məqsədilə faydalı ola bilər. Bu sertifikatı əldə etmək üçün namizədin Certified Tester Foundation Level sertifikatı olmalıdır.

Məzmun

ISTQB® Sertifikatlı Testçi – Avtomobil Proqram Təminatı Testçisi (CT-AuT)
Avtomobil Proqram Testinə Giriş
Layihənin Müxtəlif Məqsədlərindən və Məhsulun Artan Mürəkkəbliyindən Tələb Olunanlar
Standartların Təsir Etdiyi Layihə Aspektləri
Sistem Həyat Dövrünün Altı Ümumi Fazası
Buraxılış Prosesində Testerin Töhfəsi/Qatqısı
E/E Sistemlərinin Test Standartları
Automotive SPICE (ASPICE)
ISO 26262
AUTOSAR
Comparison
Virtual Mühitdə Test
Test Mühiti Ümumi Baxış
XiL Test Mühitlərində Test
Avtomobilə Xas Statik və Dinamik Test Texnikaları
Statik Test Texnikaları
Dinamik Test Texnikaları

    İmtahan Strukturu

  • Sualların sayı: 40
  • Ümumi xal: 40
  • Keçid balı: 26
  • İmtahan müddəti (dəq): 60

Biznes Nəticələri

    Certified Tester Foundation Level (CTFL) Automotive Software Tester Specialist proqramını keçmiş namizədlər aşağıdakı biznes məqsədlərinə nail ola bilərlər:
  • Test komandasının effektiv üzvü kimi əməkdaşlıq etmək;
  • ISTQB® Certified Tester Foundation Level (CTFL®) proqramından tanınan test texnikalarını avtomobil layihəsinin xüsusi tələblərinə uyğunlaşdırmaq;
  • Müvafiq avtomobil standartlarının əsas tələblərini (Automotive SPICE®, ISO 26262 və s.) nəzərə almaq və uyğun test texnikalarını seçmək;
  • Virtual test metodlarını (məsələn, HiL, SiL, MiL və s.) test mühitlərində tətbiq etmək.

Ətraflı Məlumat

Təlimlər Akkreditə olunmuş Təlim Təchizatçıları tərəfindən (sinif otağı, virtual və e-öyrənmə) təqdim olunur. Akkreditə olunmuş təlimdə iştirak etməyi tövsiyə edirik, çünki bu, ISTQB® üzv heyətinin materialları silabusa uyğunluq və aktualıq baxımından qiymətləndirməsini təmin edir. İmtahana hazırlaşarkən silabus və tövsiyə olunan oxu materiallarından istifadə etməklə özbaşına öyrənmək də mümkündür. Bu sertifikata sahib olanlar digər Core, Agile və ya Specialist istiqamətlər üzrə sertifikatlara keçə bilərlər.