Sertifikatlı Testçi – Maliyyə Testi (CT-FT)
ISTQB® Certified Tester – Finance Testing (CT-FT) sertifikatı maliyyə xidmətləri sahəsində istifadə olunan proqram sistemlərinin test edilməsi üçün tələb olunan bilik və bacarıqlara fokuslanır. Sertifikat maliyyə sənayesinin strukturu, uyğunluq (compliance) testləri, risk əsaslı test yanaşmaları, məlumatların test edilməsi və idarə olunması, funksional və qeyri-funksional testlər, eləcə də tənzimlənən maliyyə mühitlərində test avtomatlaşdırılması mövzularını əhatə edir. Bu sillabus keyfiyyətin, tənzimləyici tələblərə uyğunluğun, məlumatların bütövlüyünün, təhlükəsizliyin, etibarlılığın və performansın kritik əhəmiyyət daşıdığı maliyyə sistemləri ilə çalışan mütəxəssisləri dəstəkləmək məqsədilə hazırlanmışdır. O, Certified Tester Foundation Level kvalifikasiyasının maliyyə sahəsinə yönəlmiş genişləndirməsidir və namizədlərə banklar, fintech şirkətləri, sığorta təşkilatları, ödəniş xidmətləri provayderləri və digər maliyyə institutlarında qarşılaşılan test problemlərini daha yaxşı anlamağa kömək edir.
Hədəf auditoriya
Certified Tester – Finance Testing sertifikatı maliyyə institutlarında, fintech şirkətlərində, tənzimləyici qurumlarda və ya maliyyə xidmətləri sənayesi üçün proqram təminatı hazırlayan təşkilatlarda proqram təminatının test edilməsi və ya keyfiyyət təminatı ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Buraya test mühəndisləri, test analitikləri, test avtomatlaşdırma mühəndisləri, test menecerləri, biznes analitikləri, proqram tərtibatçıları, uyğunluq (compliance) üzrə mütəxəssislər, auditorlar, tənzimləyicilər, həmçinin İT riskləri, təhlükəsizlik və əməliyyat sahəsində çalışan peşəkarlar daxildir. Bu sertifikat maliyyə sistemlərində test fəaliyyətlərinin maliyyə tənzimləmələrinə uyğunluğun təmin edilməsində, risklərin idarə olunmasında, məlumatların dəqiqliyində, təhlükəsizlikdə, performansda, audit imkanlarında və avtomatlaşdırmada oynadığı rolu daha dərindən anlamaq istəyən hər kəs üçün faydalıdır. Təlimi və imtahanı uğurla tamamlayan namizədlər tənzimlənən maliyyə layihələrində test fəaliyyətlərinə daha effektiv töhfə verməyə və biznes, uyğunluq, audit, texniki və risk tərəfləri ilə daha səmərəli ünsiyyət qurmağa hazır olacaqlar.
Məzmun
Sualların sayı: 40
Ümumi xal: 45
Keçid balı: 30
İmtahan müddəti (dəq): 60
İmtahan Strukturu
Biznes Nəticələri
- ISTQB® Certified Tester – Finance Testing sertifikatına sahib olan şəxslər aşağıdakı biznes nəticələrinə nail ola bilməlidirlər:
Maliyyə sənayesinin strukturunu, onun institutlarını, sistemlərini və proseslərini anlamaq və bu sahədə testlə bağlı xüsusi çətinlikləri izah etmək.
Maliyyə tənzimləmələrinə və standartlarına uyğunluğu dəstəkləyən test yanaşmalarını tətbiq etmək, audit olunabilmə, izlənəbilənlik və sənədləşmə tələblərinin yerinə yetirilməsini təmin etmək.
Risk əsaslı test yanaşmalarını maliyyə sistemlərində tətbiq etmək, test fəaliyyətlərini biznes, texniki və tənzimləyici risklərə uyğun prioritetləşdirmək.
Maliyyə sistemlərində məlumatın düzgünlüyünü, uyğunluğunu və qorunmasını təmin edən test praktikalarını başa düşmək; maskalama və anonimləşdirmə texnikalarını da daxil olmaqla.
Maliyyə sahəsində funksional və qeyri-funksional test texnikalarını tətbiq etmək, xüsusilə performans, etibarlılıq və təhlükəsizlik testlərinə fokuslanmaq.
Maliyyə mühitlərində test avtomatlaşdırmasının rolunu başa düşmək və həm köhnə, həm də müasir sistemlərdə tənzimləyici məhdudiyyətləri nəzərə alaraq avtomatlaşdırma strategiyalarını effektiv şəkildə tətbiq etmək.
Ətraflı Məlumat
Akkreditə olunmuş təlimlərdə iştirak etmək yüksək tövsiyə olunur, çünki bu, ISTQB® üzv şurasının materialları proqram (syllabus) ilə uyğunluq və aktualıq baxımından qiymətləndirdiyini təmin edir. Akkreditə olunmuş Təlim Provayderlərini burada axtarın. İmtahana hazırlaşmaq üçün proqram və tövsiyə olunan ədəbiyyatdan istifadə etməklə özünütəhsil də bir seçimdir. CT-FT imtahanları və sertifikatlaşdırma ISTQB® imtahan provayderləri tərəfindən təqdim olunur.