logo

Sertifikatlı Testçi - İstifadəçi Təcrübəsinin Testi (CT-UT)

ISTQB® Sertifikatlı Testçi – İstifadəçi Təcrübəsinin Testi (CT-UT) istifadəçi təcrübəsi test metodları və yanaşmalarına fokuslanır. Bu, istifadə rahatlığı, istifadəçi təcrübəsi və əlçatanlıq üzrə qurulum prosedurlarını, həmçinin müvafiq standartları və riskləri əhatə edir.

Hədəf auditoriya

İstifadəçi Təcrübəsinin Testi sertifikatı, istifadəçi təcrübəsi testləri üzrə biliklərini artırmaq istəyən və ya bu sahədə ixtisaslaşmaq arzusunda olan proqram testçiləri üçün nəzərdə tutulub. Bu ixtisas həmçinin istifadəçi təcrübəsi mühəndisliyi ilə məşğul olan və istifadəçi təcrübəsi testlərini başa düşmək istəyən şəxslər üçün uyğundur. Bu sertifikatı əldə etmək üçün namizədin Certified Tester Foundation Level sertifikatı olmalıdır.

Məzmun

ISTQB® Sertifikatlı Testçi – İstifadəçi Təcrübəsinin Testi (CT-UT)
Əsas Anlayışlar
Əsaslar
İstifadəçi Rahatlığı, İstifadəçi Təcrübəsi və Əlçatanlığın Qiymətləndirilməsi
İnsan Mərkəzli Dizaynda İstifadəçi Rahatlığının Qiymətləndirilməsi
İstifadəçi Təcrübəsində, İstifadəçi Rahatlığında və Əlçatanlıqda Risklər
Giriş
Yayılmış Risklər
İstifadəçi Rahatlığı və Əlçatanlıq Standartları
İstifadəçi Rahatlığı Standartları və İstehsalçı Tövsiyələri
Əlçatanlıq Standartları
İstifadəçi Rahatlığı Baxışları
Giriş və Yanaşma
İstifadəçi Rahatlığı Baxış Növləri
İstifadəçi Rahatlığı Testləri
Giriş
İstifadəçi Rahatlığı Testinin Addım-Addım Aparılması
İstifadəçi Rahatlığı Testinə Hazırlıq
İstifadəçi Rahatlığı Test Sessiyasının Keçirilməsi
Nəticələrin Təhlili
Nəticələrin və Tapıntıların Ünsiyyəti
İstifadəçi Rahatlığı Testinin Keyfiyyətə Nəzarəti
Çətinliklər və Tez-tez Edilən Səhvlər
İstifadəçi Sorğuları
Giriş
İstifadəçi Sorğularının Addım-Addım Aparılması
Standartlaşdırılmış Sorğu Formları
Uyğun Metodların Seçilməsi
Metod Seçimi Üçün Kriteriyalar
Rolların və Məsuliyyətlərin Yekunu
İstifadəçi Rahatlığı Testçisi
Moderator və Qeyd Aparan

    İmtahan Strukturu

  • Sualların sayı: 40
  • Ümumi xal: 40
  • Keçid balı: 26
  • İmtahan müddəti (dəq): 90

Biznes Nəticələri

    Performans Testlərinin Foundation Level (Əsas Səviyyə) namizədləri, “Performans Testləri” proqramını uğurla keçdikdən sonra aşağıdakı Biznes Məqsədlərinə nail ola bilməlidirlər:
  • Performans səmərəliliyi və performans testlərinin əsas anlayışlarını başa düşmək;
  • İştirakçıların ehtiyac və gözləntilərini qarşılamaq üçün performans risklərini, məqsədlərini və tələblərini müəyyənləşdirmək;
  • Performans metriklərini və onların necə toplanacağını başa düşmək;
  • Müəyyən edilmiş məqsəd və tələblərə çatmaq üçün performans test planı hazırlamaq;
  • Əsas performans testlərini konseptual olaraq dizayn etmək, həyata keçirmək və icra etmək;
  • Performans testinin nəticələrini təhlil etmək və müxtəlif iştirakçılara təsirlərini izah etmək;
  • Performans testlərinin prosesi, səbəbləri, nəticələri və təsirlərini müxtəlif iştirakçılara şərh etmək;
  • Performans test alətlərinin kateqoriyalarını, istifadələrini və seçim meyarlarını başa düşmək;
  • Performans test fəaliyyətlərinin proqram təminatı inkişaf dövrü ilə necə uyğunlaşdığını müəyyənləşdirmək.

Ətraflı Məlumat

Təlimlər Akkreditə olunmuş Təlim Təchizatçıları tərəfindən (sinif otağı, virtual və e-öyrənmə) təqdim olunur. Akkreditə olunmuş təlimdə iştirak etməyi tövsiyə edirik, çünki bu, ISTQB® üzv heyətinin materialları silabusa uyğunluq və aktualıq baxımından qiymətləndirməsini təmin edir. İmtahana hazırlaşarkən silabus və tövsiyə olunan oxu materiallarından istifadə etməklə özbaşına öyrənmək də mümkündür. Bu sertifikata sahib olanlar digər Core, Agile və ya Specialist istiqamətlər üzrə sertifikatlara keçə bilərlər.